RU

Dünya çempionatı tarixinin ən çox vərəqə alan oyunçusu kimdir?

Dünya çempionatı tarixində ən çox vərəqə alan futbolçu argentinalı Xavyer Maskerano olub. 

Ölkə.az xəbər verir ki, o, turnirdə 7 dəfə sarı vərəqə ilə cəzalandırılıb və bu göstərici üzrə siyahının birinci pilləsində yer alır.

Fransalı Zinəddin Zidan, meksikalı Rafael Markes və braziliyalı Kafu isə hər biri 6 kartla bu siyahıda Maskeranonu izləyir. 

Turnir tarixində iki qırmızı vərəqə alan futbolçular isə Zidan və kamerunlu Riqobert Sonqdur.

Maskerano 4 Dünya Kubokunda 20 oyuna çıxıb və 7 sarı kart alıb. O, karyerası ərzində qırmızı vərəqə ilə cəzalandırılmayıb. 2006, 2010 və 2018-ci illərdə hərəsində iki, 2014-cü ildə isə bir dəfə sarı vərəqə görüb.

Zinəddin Zidan 12 oyunda 4 sarı və 2 qırmızı kart alıb. Rafael Markes 19 oyunda 5 sarı və 1 qırmızı kartla cəzalandırılıb. Kafu isə 20 oyunda 6 sarı kart görüb.

Riqobert Sonq, Dieqo Armando Maradona və Tim Keyhill isə hər biri 5 vərəqə ilə siyahıda növbəti yerlərdə qərarlaşıb.

1998, 2002 və 2006-cı illərdə dünya kubokunda iştirak edən Zidanın ən çox yadda qalan qırmızı vərəqəni 2006-cı ildə Almaniyada keçirilən final matçında baş verib. Berlin Olimpiya Stadionunda keçirilən finalda Zidan 7-ci dəqiqədə penalti ilə komandasını 1:0 önə çıxarıb. İtaliya 19-cu dəqiqədə Marko Materazzinin qolu ilə hesabı bərabərləşdirib. Matçın əsas vaxtı 1:1 bitib. Əlavə vaxtın 110-cu dəqiqəsində Zidan Materazzini başla vurduğu üçün qırmızı vərəqə alıb. Oyundan sonra İtaliya penaltilərdə 5:3 qalib gələrək dünya çempionu olub.

Turnir tarixində ən erkən qırmızı vərəqəni uruqvaylı Serxio Batista alıb. O, 1986-cı ildə Şotlandiya ilə oyunun 56-cı saniyəsində meydandan qovulub və bu, Dünya Kuboku tarixində ən tez verilən qırmızı kart kimi qeydə alınıb.

Kamerun millisinin müdafiəçisi Riqobert Sonq və Zinəddin Zidan iki fərqli dünya kubokunda qırmızı vərəqə alan nadir futbolçular sırasındadır.

Sonq 1994-cü ildə Braziliya, 1998-ci ildə isə Çili ilə oyunlarda qırmızı kart görüb. Zidan isə 1998-ci ildə Səudiyyə Ərəbistanı və 2006-cı ildə İtaliya matçlarında meydandan qovulub.

Dünya Kubokunda qırmızı vərəqə alan ilk qapıçı 1994-cü ildə İtaliyanın qapıçısı Canluka Palyuka olub. O, Norveçlə qrup matçının 21-ci dəqiqəsində qırmızı vərəqə alıb. Buna baxmayaraq, İtaliya 10 nəfərlə qalmasına rəğmən oyunu 1:0 hesabı ilə qazanıb.(qaynarinfo)

Избранный
33
2
olke.az

3Источники