
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub. AFN.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb. Qeyd edək ki, qətli törədən Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidinin atası, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşıdır.