RU

"Sabah" Velko Simiçlə bağlı qərarını verdi

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

"Sabah" futbolçusu Velko Simiçlə yeni müqavilə bağlayıb.

Klubdan Axar.az-a verilən məlumata görə, serbiyalı yarımmüdafiəçu ilə yeni müqavilənin müddəti 2 ildir.

Simiç "Sabah"la yeni sözləşməni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.

Velko Simiç ötən ilin avqustunda Türkiyənin "Sivasspor" klubundan icarə əsasında "Sabah"a qoşulmuşdu.

O, "bayquşlar"ın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

Simiç son mövsümdə "Sabah"ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
9
axar.az

10Источники