RU

Netanyahu hər an hücum əmri verə bilər-Yaxın Şərqdə təhlükəli mərhələ başlayır

İsrail baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsindəki hesabında yazıb ki, İsrail Müdafiə Ordusuna Beyrutun cənubundakı Dahiyə rayonundakı obyektlərə zərbələr endirilməsi barədə göstəriş verilib. Onun sözlərinə görə, qərar "Hizbullah"ın Livandakı atəşkəs rejimini dəfələrlə və davamlı şəkildə pozmasına, həmçinin İsrail şəhərlərinə və vətəndaşlarına hücumlarına cavab olaraq qəbul edilib.

"Mən İsrail ordusuna və müdafiə naziri İsrael Katsa Beyrutun Dahiyə rayonundakı terror obyektlərinə zərbələr endirməyi tapşırdım", - B.Netanyahu qeyd edib.

Bu arada qeyd edək ki, bir neçə saat öncə bu hücumun təxirə salındığı yönündə xəbərlər yayılıb. Amma İsrailin yenidən hücum əmri verəcəyi istisna edilmir. 

kenan_novruzov.jpg

Politoloq Kənan Novruzov

İsrailin bu addımlarının sonu necə olacaq?

Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında Netanyahu iqtidarının bundan sonra da dayanmayacağını söylədi: "Netanyahunun ritorikasından açıq-aydın hiss olunur ki, Təl-Əvivin dayanmaq niyyəti yoxdur: "Bunun əsas səbəblərindən biri Netanyahunun hakimiyyəti ilə bağlıdır. Belə ki, o, müharibələri dayandıracağı halda hakimiyyətdən gedəcəyini anlayır. Çünki bir tərəfdən, beynəlxalq təzyiq artır, digər tərəfdən isə daxildə reytinqi azalır. Üstəlik, ABŞ ilə münasibəti də arzuolunan səviyyədə deyil.
İndi Netanyahu daha çox ordusunun gücünə güvənir.

İsrail yaxın günlərdə yəqin ki, Livanda əməliyyatları genişləndirməyə çalışacaq. Əgər dünya dövlətləri İsrailə "dur" deməsələr, Yaxın Şərqdə gərginlik yeni mərhələyə daxil ola bilər".

 

Cavanşir Abbaslı
Musavat.com

Избранный
34
1
musavat.com

10Источники