RU

Sahib və Vüsal Xorvatiyada medal qazandı - Dünya Seriyasının ikinci mərhələsində

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi keçirilib.

Sportinfo.az xəbər verir ki, 80 kq-da ölkəmizi təmsil edən iki güləşçimiz fəxri kürsüyə qalxıb.

Sahib Dadaşov gümüş, Vüsal Əliyev isə bürünc medal qazanıb.

İslam İlyasov (+90 kq) dördüncü, Əşrəf Aşırov (90 kq) beşinci, Rübail İbrahimli (70 kq) isə doqquzuncu yeri tutub.

Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

Избранный
66
1
sportinfo.az

10Источники