RU

“Popkorn beyni” sindromu: kimlər təhlükə altındadır?

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız məlumatların qorunması və ya kiberhücumların qarşısının alınması ilə məhdudlaşmır. Mütəxəssislər hesab edirlər ki, bu gün cəmiyyətlərin üzləşdiyi ən ciddi çağırışlardan biri insan beyninin və diqqətinin davamlı rəqəmsal təsirlərdən qorunmasıdır.

Publika.az xəbər verir ki, son illər texnologiyanın gündəlik həyatımıza təsirinin artması ilə “Popkorn beyni” adlandırılan yeni fenomen geniş müzakirə olunur. Mütəxəssislərin fikrincə, sosial media platformalarında fasiləsiz və sürətli informasiya axını insan beynini daimi stimullara alışdıraraq onun dərin düşünmə və uzunmüddətli diqqət cəmetmə qabiliyyətini zəiflədir. Nobel mükafatı laureatı Daniel Kanemanın tədqiqatlarının nəticəsinə əsaslansaq, deyə bilərik ki, həddən artıq informasiya və təkrarlar dərin düşünməyə və qərar verməyə cavabdeh olan yaddaşı (onun təbirincə, Sistem 2-ni) işini “korşaldır”.

Mütəxəssislər bildirirlər ki, müasir cəmiyyətlər üçün ən böyük risk təkcə zərərli proqram təminatı və ya sistemlərə kibermüdaxilələr deyil. Daha təhlükəli məqam rəqəmsal mühitin insan davranışlarına və qərarvermə prosesinə göstərdiyi gizli təsirlərdir. Sosial media platformaları istifadəçiləri mümkün qədər uzun müddət ekranda saxlamaq üçün xüsusi alqoritmlərdən istifadə edirlər. Bu mexanizmlərin başında isə “sonsuz sürüşdürmə” (infinite scroll) texnologiyası dayanır. Həmin sistem istifadəçiyə fasiləsiz məzmun təqdim etməklə onun vaxtın necə keçdiyini hiss etməsinə mane olur.

Mütəxəssislərin fikrincə, əvvəlcə istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə yaradılan bu texnologiya zamanla “diqqət iqtisadiyyatı”nın əsas alətinə çevrilib. Bu modeldə iri texnologiya şirkətləri istifadəçilərin diqqətini cəlb etməyə və onu reklam gəlirlərinə çevirməyə çalışırlar.

Araşdırmalara görə, hər yeni paylaşım və ya video beynin mükafatlandırma sistemi ilə əlaqəli olan dopamin hormonunun ifrazını stimullaşdırır. Nəticədə insan daha çox məzmun izləməyə meyillənir və “məcburi sürüşdürmə” davranışı formalaşır. Bu proses uzun müddət davam etdikdə “popkorn beyni” adlandırılan vəziyyət yaranır. Bu anlayış son dövrlərdə psixi sağlamlıq sahəsində geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Termin ilk dəfə David M. Levy tərəfindən irəli sürülüb.

Избранный
37
5
publika.az

6Источники