RU

Rusiya Ukraynaya kütləvi hava hücumu həyata keçirib: ölənlərin sayı artıb

Rusiya ordusu iyunun 2-nə keçən gecə Ukraynanın müxtəlif şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hava hücumu həyata keçirib.

“Ukrainska Pravda”nın məlumatına görə, hücumların əsas hədəflərindən biri Kiyev olub. Şəhərin müxtəlif rayonlarında yaşayış binaları və mülki obyektlərə ziyan dəyib, yanğınlar baş verib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, Podolsk rayonunda qeyri-yaşayış obyektləri və avtomobillər yanıb. Raket qalıqlarının yaşayış binasının damına düşməsi nəticəsində yanğın baş verib, pəncərələr sınıb.

Şəhər meri Vitali Kliçko isə bildirib ki, Podolsk, Obolon və Svyatoşin rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Darniçki rayonunda yanacaqdoldurma məntəqəsinin ərazisində, Şevçenko rayonunda isə 24 mərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Solomenski rayonunda da yaşayış binasına ziyan dəyib.

Məlumata görə, Podolsk rayonunda doqquzmərtəbəli yaşayış binasına zərbə nəticəsində konstruksiyalar çöküb və dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.

Ukrayna rəsmilərinin açıqladığı son məlumata əsasən, ölkə üzrə hücumlar nəticəsində azı 5 nəfər həlak olub, 64 nəfər yaralanıb.

Dnepr şəhərində isə vəziyyət daha ağır olub. Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksandr Hanjanın sözlərinə görə, raket və dron zərbələri nəticəsində bir neçə yaşayış binası vurulub. Nəticədə azı 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Избранный
62
10
apa.az

10Источники