RU

ABŞ şirkəti Rusiyaya qarşı sanksiyaları pozduğuna görə 1 milyon dollar ödəyəcək

ABŞ-ın məsləhət xidmətləri göstərən "FTI Consulting" şirkəti Rusiyaya qarşı sanksiyaları pozmaq ittihamı ilə 1,05 milyon dollar məbləğində cərimə ödəməyə razılaşıb.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, şirkət 2019–2021-ci illərdə Rusiyanın VTB Bankının borc öhdəlikləri ilə bağlı əməliyyatlarda iştirak edib.

Qeyd olunub ki, "FTI Consulting" istintaq zamanı ABŞ hakimiyyət orqanları ilə əməkdaşlıq edib.


Избранный
72
1
apa.az

2Источники