RU

Avropa çempionatı: Azərbaycan millisi bu gün 1/4 final oyununa çıxır

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün 1/4 final oyununa çıxacaq.
 
Moderator.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Çexiya yığması ilə üz-üzə gələcək.
 
“Tipos Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu cütün qalibi yarımfinalda Rumıniya – Serbiya duelinin güclüsü ilə qarşılaşacaq.
 
1/4 final mərhələsində həmçinin Macarıstan – Bolqarıstan və Gürcüstan – Ukrayna oyunları da keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. F qrupunda mübarizə aparan komandamız Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2) üzərində qələbə qazanıb.
 
Избранный
27
7
moderator.az

10Источники