RU

Sürəti azaldıb təhlükə yaradan sürücülər qəzaya səbəb oldu REAL VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aeroport şosesində təhlükəli manevr və ara məsafəsinin pozulması qəzaya səbəb olub.

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi sürücülərin təhlükəli manevrləri və düzgün ara məsafəsi saxlamamasının ağır nəticələrə səbəb ola biləcəyini bir daha nümayiş etdirib.

Mərkəzin bildirdiyinə görə, hərəkətin intensiv olduğu yolda bəzi sürücülərin sürəti azaltması, qəfil yerdəyişmə etməsi və təhlükəsizlik qaydalarına əməl etməməsi qəzanın baş verməsinə gətirib çıxarıb.

Qurum xüsusilə vurğulayır ki, dönmə işığının yandırılması yalnız xəbərdarlıq xarakteri daşıyır və sürücüyə yolda üstünlük hüququ vermir. Bəzi sürücülərin dönmə işığını yandırmaqla digər hərəkət iştirakçıları qarşısında üstünlük qazandıqlarını düşünməsi isə yollarda təhlükəli vəziyyətlərin və qəza şəraitinin yaranmasına səbəb olur.

Sürücülərə xatırladılıb ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə əsasən, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və ya dayanmazdan əvvəl müvafiq istiqamət göstəricisi verilməlidir. Lakin siqnalın verilməsi manevrin təhlükəsiz həyata keçirilməsi məsuliyyətini aradan qaldırmır. Qanuna görə, manevr digər hərəkət iştirakçıları üçün maneə yaratmamalı, dönmə göstəriciləri isə manevr başlamazdan əvvəl aktivləşdirilməli və manevr başa çatdıqdan dərhal sonra söndürülməlidir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təhlükəsiz ara məsafəsi saxlamağa və manevr zamanı digər hərəkət iştirakçılarının hərəkətini nəzərə almağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
avtosfer.az

1Источники