BAKI, 2 iyun. TELEQRAF
Serbiya Prezidenti Aleksandr Vuçiç prezidentlik müddəti 2027-ci ildə başa çatdıqdan sonra növbəti müddətə namizədliyini irəli sürmək niyyətində olmadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “Bloomberg”ə bildirib.
Baş nazir vəzifəsində çalışmaq istəyib-istəmədiyi barədə sualına Vuçiç bunun mümkün olduğunu deyib. Həmçinin qeyd edib ki, bu il Serbiyada parlament və prezident seçkiləri keçiriləcək.
Aleksandr Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya prezidenti seçilib. 2022-ci ildə ikinci müddətə yenidən seçilib, bu müddət 2027-ci ildə başa çatır.