RU

BP BTC-nin operatorluğunu iyulun 1-dən SOCAR-a təhvil vermək üzrə qrafikə uyğun irəliləyir

BP Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatorluğunun iyulun 1-dən SOCAR-a təhvil verilməsi ilə bağlı müqavilə öhdəliyinin icrasını qrafikə uyğun davam etdirir. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib.

“Biz iyulun 1-i üzrə müqavilə öhdəliyinin icrasında yaxşı irəliləyiş əldə etmişik və qrafikə uyğun hərəkət edirik”, - Kristofoli deyib.

O vurğulayıb ki, bu proses BP-nin layihədən çıxması anlamına gəlmir.

“Qeyd etmək istəyirəm ki, bu, müqavilə öhdəliyidir. Bu, BP-nin layihədən çıxması deyil. Söhbət sadəcə müqavilə öhdəliyinin yerinə yetirilməsindən gedir”, - o bildirib.

Kristofoli SOCAR-ın operator kimi fəaliyyətə başlamasını müsbət qiymətləndirdiyini qeyd edib.

“Biz SOCAR-ı operator qismində görməkdən məmnunuq. Bu keçidlə bağlı çox əhatəli hazırlıq işləri aparmışıq. SOCAR-ın boru kəmərini uğurla idarə etmək üçün həm təcrübəsi, həm də imkanları var”, - BP rəsmisi əlavə edib.

N.Təbrizli

Избранный
12
1
anews.az

2Источники