RU

“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” Ramin Musayev “Turan Tovuz”u haqlı görür

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Turan Tovuz” bu mövsüm premyer-liqada 3-cü yeri tutmaqla avrokuboklara vəsiqə qazandı. Lakin qərb təmsilçisinin Konfrans Liqasına buraxılmamaq ehtimalı var. Belə ki, klub 2019-cu ildə 1-ci liqada mübarizə apararkən oyun alqı-satqısına görə 7 oyunçusu futboldan uzaqlaşdırılıb. Həmin vaxt PFI-in prezidenti Ramin Musayev idi. Bu məsələ haqda o nə fikirləşir? Musayevin “Futbol+”ə açıqlaması:

“O vaxt “Turan Tovuz”un heç bir günahı yox idi. AFFA yoxlama apardı, gördü ki, “Turan Tovuz” günahsızdı. 7 futbolçu iştirak etmişdi, bunun klubla əlaqəsi yox idi. Sonra bilmirəm heç onların axırı nə oldu. Buna görə 2019-cu ildə klubun 1-ci liqaya gəlməsinə qadağa qoyuldu. Cəza verilib də, bundan sonra daha nə istəyirlər? Hər cinayətə görə cəza bir dəfə verilir. Haqq-ədalət yerini tapmalıdı, “Turan Tovuz” ölkəmizi avrokuboklarda təmsil etməlidi”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
1
icma.az

2Источники