Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final oyununa bu axşam çıxacaq.


Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gələcək.


Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə görüşəcək.


1/4 finalda həmçinin Macarıstan - Bolqarıstan və Gürcüstan - Ukrayna oyunları baş tutacaq.


Xatırladaq ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından güclü olub - 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.