RU

TƏBİB də 6 rəhbər şəxs vəzifəsindən azad edildi SİYAHI

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

TƏBİB-də kadr dəyişiklikləri davam edir.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in yeni rəhbərliyi qurumun mərkəzi aparatında çalışan daha 11 əməkdaşla yollarını ayırıb.

İşdən çıxarılanlar arasında 4 departament rəhbəri – İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova və İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı da var.

Bununla yanaşı, İnsan resursları, İctimaiyyətlə əlaqələr və kommunikasiya, İxtisaslı tibbi xidmətin təşkili, Strateji inkişaf, eləcə də Daxili nəzarət və monitorinq departamentlərinin şöbə müdirləri və məsləhətçiləri də vəzifələrindən azad ediliblər.

Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin edilib. Bu vəzifə Zara İbrahimzadəyə həvalə olunub.

Qeyd edək ki, son aylarda TƏBİB-də genişmiqyaslı kadr islahatları həyata keçirilir. İcraçı direktor Anar Bayramovun rəhbərliyə gəlməsindən sonra əvvəlcə bir sıra müşavirlərlə yollar ayrılıb, daha sonra isə tabeli tibb müəssisələrinin rəhbərləri və mərkəzi aparatın əməkdaşları ilə bağlı ardıcıl qərarlar qəbul olunub.

Elnur, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
5
www.bakupost.az

7Источники