RU

“Enerji dayanıqlılığı nəqliyyat sektorunun əsas prioritetlərindən biridir” – ekspert

Qlobal enerji keçidləri və nəqliyyat infrastrukturunun dayanıqlılığı məsələləri son illər regional və beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu istiqamətdə keçirilən forumlar və müzakirələr yeni əməkdaşlıq modellərinin formalaşmasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Həsənov QHT.az saytına açıqlamasında enerji dayanıqlılığı və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Ekspert bildirib ki, belə forumların və görüşlərin təşkili enerji sahəsində əməkdaşlığın genişlənməsi və dayanıqlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Bugün nəqliyyat infrastrukturunda enerji dayanıqlılığının təmin olunması əsas prioritetlərdən biridir. Bu, həm də sektorun rentabelliyinə və səmərəliliyinə birbaşa təsir göstərir. Enerji mübadiləsi mexanizmlərinin inkişafı dövlətlər və şirkətlər arasında əməkdaşlığın genişlənməsinə şərait yaradır.”

Aslan Həsənov qeyd edib ki, nəqliyyat sahəsində enerji daşıyıcılarının rolu getdikcə artır və bu sahədə yeni həll modellərinə ehtiyac yaranır. Onun sözlərinə görə, Mərkəzi Asiya və Qafqaz regionu enerji əməkdaşlığı baxımından strateji əhəmiyyətə malikdir.

“Region böyük enerji potensialına sahibdir və bu imkanlar Azərbaycanın da daxil olduğu geniş coğrafiyada yeni əməkdaşlıq formatlarını zəruri edir,” – deyə ekspert vurğulayıb.

Zəhra Ağayeva

Избранный
43
qht.az

1Источники