RU

Rusiya sabahdan Ermənistandan kartof, badımcan, quru meyvə və tumlu meyvələrin idxalını məhdudlaşdırır

Rusiya 3 iyundan etibarən Ermənistandan kartof, badımcan, quru meyvə və tumlu meyvələrin idxalını məhdudlaşdırır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.

Bildirilib ki, bu məhsulların digər Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranziti də qadağan olunub.

Qeyd edək ki, bundan öncə Rusiya Ermənistandan pomidor, bibər, çiyələk, gül, bir neçə adda konyak və şərab, həmçinin "Cermuk" mineral suyu və balıq idxalını və satışını qadağan edib.

Избранный
4
1
apa.az

2Источники