RU

“Tarixin uşaq izləri” muzeydə: keçmişə səyahət

Bakı, 2 iyul, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərgi keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Sərginin açılışında çıxış edən muzeyin direktoru akademik Nailə Vəlixanlı bildirib ki, uşaqlar cəmiyyətimizin gələcəyi, milli-mənəvi dəyərlərimizin daşıyıcılarıdır. Sərgi muzeyin zəngin eksponatları əsasında hazırlanıb və məqsədi uşaqları tariximiz, mədəniyyətimiz və irsimizlə daha yaxından tanış etməkdir. Burada nümayiş olunan eksponatlar keçmiş nəsillərin həyat tərzini, uşaqlıq dünyasını və xalqımızın mədəni ənənələrini əks etdirir. O, həmçinin bildirib ki, sərgi həm uşaqlarda tarixə və mədəni irsə maraq oyadacaq, həm də onlara xoş təəssüratlar bəxş edəcək. Bayram münasibətilə bütün uşaqları təbrik edən Nailə Vəlixanlı onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb.

Daha sonra Azərbaycan Fotoqrafları Birliyinin üzvü Mirnaib Həsənoğlu cıxış edərək sərginin əhəmiyyətindən danışıb, onun ərsəyə gəlməsində iştirak edən əməkdaşlara və muzey rəhbərliyinə təşəkkürünü bildirib.

Açılış mərasimində mədəniyyət və incəsənət xadimləri, fotoqraflar, sənətsevərlər və çoxsaylı qonaqlar iştirak ediblər. Sərgidə muzeyin zəngin kolleksiyasından etnoqrafik geyimlər, əşyalar, arxeoloji tapıntılar, qədim oyuncaqlar, fotolar və nəşrlər nümayiş olunur.

Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Избранный
35
1
azertag.az

2Источники