RU

Daha iki marşrutda müasir avtobuslar xidmət göstərəcək

Daha
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqəyə əsasən, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Buzovna qəsəbəsi ilə əlaqələndirən 107 nömrəli və Maştağa qəsəbəsi ilə əlaqələndirən 107A nömrəli müntəzəm marşrutların avtobusları yenilənir. Qurumdan 1news.az-a verilən məlumata görə, İyunun 3-dən hər iki şəhərətrafı marşrut üzrə sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Избранный
21
6
1news.az

10Источники