RU

SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "SLB" şirkətinin icraçı vitse-prezidenti Stiv Qassen ilə görüşüb.

Bu barədə "Far.Az"a SOCAR-dan məlumat verilib.

Görüşdə "Bakı Enerji Həftəsi"nin beynəlxalq enerji məsələlərinin müzakirəsi, əməkdaşlıqların qurulması və inkişafı, eləcə də müasir texnoloji yeniliklərin təqdimatı, təcrübə mübadilələrinin aparılması baxımından mühüm platformaya çevrildiyi məmnunluqla qeyd olunub.

Söhbət zamanı SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi imkanları, rəqəmsallaşma, hasilat əməliyyatlarının optimallaşdırılması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
15
7
far.az

8Источники