RU

Papa Leo ilk dəfə dindar olmayan qadını Vatikanda yüksək vəzifəyə təyin edib

Yeni təyinat Vatikanın kommunikasiya strukturunda qadınların rolunun genişlənməsi kimi qiymətləndirilir...

Poliqon xəbər verir ki, Papa Leo V Roma-Katolik Kilsəsinin idarəetmə strukturunda ilk dəfə qadın dindar olmayan (miryanka) şəxsi yüksək rəhbər vəzifəyə təyin edib. Təyinat Vatikanın kommunikasiya departamentinə rəhbərliklə bağlıdır.

Məlumata əsasən, bu vəzifəyə hazırda ABŞ-də yerləşən katolik media qurumu EWTN News-un rəhbəri Mariya Monserrat Alvarado gətirilib. O, Vatikanın kommunikasiya departamentinin prefekti təyin olunub.

Bu departament 2015-ci ildə mərhum Papa Fransisk tərəfindən yaradılıb və Vatikanın xəbər saytı, radio, qəzet, mətbuat xidməti, nəşriyyat evi və film arxivinin fəaliyyətini koordinasiya edir.

Alvaradonun 1 noyabr tarixində vəzifəsinin icrasına başlayacağı və hazırkı rəhbər Paolo Ruffini-ni əvəz edəcəyi bildirilib.

Vatikanın rəsmi məlumatına görə, Meksikada anadan olan və 2008-ci ildən ABŞ vətəndaşı olan Alvarado bu vəzifəyə gətirilən ilk qadın dindar olmayan şəxsdir. O, təyinatı “gözlənilməz, lakin Müqəddəs Ataya xidmət etmək üçün böyük şərəf” kimi qiymətləndirib.

Qeyd olunur ki, Papa Fransisk pontifikatı dövründə Vatikan idarəçiliyində qadınların iştirakını genişləndirməyə çalışıb və müxtəlif yüksək vəzifələrə qadınları təyin edib. Onun ölümündən əvvəl də bir neçə qadın din xadimi mühüm postlara gətirilmişdi.

Alvarado daha əvvəl EWTN News-da aparıcı kimi çalışıb və 2023-cü ildən etibarən media şəbəkəsinin prezidenti və əməliyyat direktoru olub. Vatikan mənbələrinin bildirdiyinə görə, Papa Fransisk bu media qurumunu onun bəzi tənqidi proqramlarına görə əvvəlki illərdə tənqid etmişdi.

Poliqon.info

Избранный
68
poliqon.info

1Источники