RU

Bakıda Avropa Kuboku və Avropa çempionatı keçiriləcək

Bakıda bilyardın "sərbəst piramida" növü üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək.

Sportinfo.az Azərbaycan Bilyard Federasiyasına istinadən xəbər verir ki, turnirlər 2026-cı ilin iyulunda baş tutacaq.

Proqrama əsasən, 5–8 iyulda 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku keçiriləcək. İyulun 8–12-də isə "sərbəst piramida" üzrə Avropa çempionatı baş tutacaq.

Yarışlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyası (ABF) və Avropa Piramida Federasiyasının (EPF) dəstəyi ilə Bakı Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Избранный
94
sportinfo.az

1Источники