RU

Fəhləlik edən "Türkiyənin Di Kapriosu" uzun müddət sonra eşqə başladı — FOTO

Bir vaxtlar "Türkiyənin Leonardo Di Kapriosu" adlandırılan tanınmış aktyor Arda Kural səssizliyini pozub. Uzun müddətdir gözdən uzaq həyat yaşayan aktyor şəxsi həyatı ilə gündəmə gəlib. Onun sevgilisi ilə paylaşılan fotoları qısa müddətdir sosial şəbəkələrdə maraq doğurub.

Demokrat.az xəbər verir ki, vaxtilə "Eyvah Kızım Büyüdü" serialındakı tərəf müqabili Yıldız Asyalı ilə münasibətləri ilə tanınan Arda Kural səhhətindəki problemlərə görə sənətdən uzaqlaşmışdı. "Emret Komutanım" serialındakı Ferit Tekin obrazı ilə populyarlıq qazanan aktyor son vaxtlar dağ-mədən işi ilə məşğul olduğunu da açıqlamışdı.

Şəxsi həyatını gizli saxlamağa çalışan Kural bir neçə ay əvvəl subaylığına son qoyaraq Havva Şimşək ilə yeni münasibətə başlayıb.

Məşhur aktyor sevgilisi ilə çəkilən romantik fotolarını izləyiciləri ilə bölüşüb. Fotolarda aktyorun sevgilisini öpüşlərə qərq etməsi diqqətdən qaçmayıb.


İsmayıl
Demokrat.az
Избранный
29
1
demokrat.az

2Источники