RU

ABŞ-İran münaqişəsi yenidən qızışdı: Bəhreyn və Küveytə, Qəşm adasına zərbələr endirilir  

ABŞ hərbi qüvvələri ABŞ-ın Xarq adasının blokadasına qarşı çıxmağa çalışan neft tankerini zərərsizləşdirib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yayıb.

Bildirilir ki, Botsvana bayrağı altında üzən Lexie tankeri İranın əsas neft ixrac terminalı olan Xarq adasına doğru hərəkət etməyə çalışıb. Ekipaj ABŞ hərbi xəbərdarlıqlarını qulaqardına vurduqdan sonra gəminin mühərrikinə Hellfire raketi ilə zərbə endirilib.

CENTCOM statistikasına görə, ABŞ qüvvələri blokadanı tətbiq etdikdən bəri ümumilikdə altı ticarət gəmisini zərərsizləşdirib və 122 gəminin marşrutunu dəyişdirib.

SEPAH isə ABŞ-ın zərbələrinə cavab olaraq Yaxın Şərqdəki ticarət gəmisinə və ABŞ hədəflərinə raket və pilotsuz təyyarələrlə hücum etdiyini açıqlayıb.

Məlumata görə, İran qüvvələri ABŞ-a bağlı Panaya gəmisinə gəmi əleyhinə raket zərbəsi endirib, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının komandanlıq mərkəzinə hücum edib.

Daha sonra CENTCOM İranın Bəhreyn və Küveytdə ABŞ-a məxsus hərbi bazalara ballistik raket və dron zərbələri endirməyə çalışdığını açıqlayıb. Komandanlıq bütün zərbələrin dəf olunduğunu, hər hansı zərərə səbəb olmadığını elan edib.

Daha sonra isə ABŞ Mərkəzi Komandanlığı Qəşm adasında İranın atəş açdığı nöqtələrə zərbələr endirildiyinə dair məlumat yayıb.

CENTCOM-un məlumatına görə, İran beş raket atıb, lakin onlardan heç biri hədəflərinə dəyməyib və üç dron vurulub: "ABŞ qüvvələri həmçinin Qeşm adasındakı hərbi yerüstü idarəetmə qurğusuna özünümüdafiə məqsədilə zərbələr endirib".

Səhər saatlarında Komandanlıq X səhifəsindəki paylaşımda İrandan edilən daha bir hücum dalğasının qarşısının alındığı bildirilib: "Küveytdəki ABŞ qüvvələrinə hücum etməyə çalışan İran dronlarının daha bir dalğası nəzərdə tutulan hədəflərə çata bilmədi. Mərkəzi Komandanlığın hava hücumundan müdafiə qüvvələri bir neçə dronu uğurla vurub".

Bölgədə gərginlik davam edir.

Musavat.com

 

Избранный
29
musavat.com

1Источники