RU

Bu ölkədən ABŞ-a aparan nəhəng tunel tapıldı

Meksika polisi birbaşa ABŞ-a aparan nəhəng tunel aşkar edib.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Yeraltı keçid ölkənin şimal-qərbindəki Nueva-Tixuana rayonunda federal hüquq-mühafizə orqanlarının reydi zamanı tapılıb. Dərinliyi altı metrdən çox olan tunelin uzunluğu təxminən 265 metrdir. Qurğu ABŞ ərazisinə qanunsuz daxil olmaq üçün nəzərdə tutulub.

Axtarış zamanı polislər döyüş sursatları, mobil telefonlar, bank kartları, rəqəmsal video maqnitofon və onlarla dozada metamfetamin müsadirə ediblər.

Избранный
22
29
publika.az

10Источники