“Azərbaycan Hava Yolları” QSC 2026-cı ilin yanvar-aprel aylarında dövlətə məxsus qeyri-neft ixracatçıları siyahısında yer alıb.
Marja xəbər verir ki, şirkətin ixracı cari ilin ilk 4 ayında 5,3 milyon ABŞ dolları təşkil edib.
2025-ci ilin müvafiq dövründə bu göstərici 5,7 milyon ABŞ dolları olmuşdu. Beləliklə, “Azərbaycan Hava Yolları”nın ixracı 0,4 milyon dollar və ya təxminən 7% azalıb.
Azalma kəskin olmasa da, şirkətin ixrac göstəricisində illik müqayisədə zəifləmə qeydə alınıb.