RU

Meksikadan ABŞ-yə narkotiki belə aparırlar

ABŞ polisi Meksikadan Kaliforniya ştatına çəkilən yeraltı narkotik yolunu aşkarlayıb.

Musavat.com xəbər verir ki, məlumatı Kaliforniyanın Cənub Dairəsi üzrə ABŞ Prokurorluğu yayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları təxminən 45 milyon dollar dəyərində bir tondan çox kokain müsadirə ediblər. Məlum olub ki, təxminən 17 metr dərinlikdə 589 metr uzunluğunda olan yeraltı tunel Meksikanın Tixuana şəhərindən Kaliforniyanın San Dieqo şəhərindəki "4 Az Al" mağazasına qədər uzanıb. Mağazaya nəzarət dekabr ayından may ayına qədər aparılıb və istintaq Jalisco Yeni Nəsil kartelinə ciddi zərbə vurub.

Kaliforniyanın Cənub Dairəsi üzrə ABŞ Prokurorluğunun açıqlamasında bildirilir ki, 1993-cü ildən bəri ərazidə 99 yeraltı tunel aşkar edilib. Bunlardan 28-i mürəkkəb kimi təsnif edilib. Dairədəki son aktiv tunel 2022-ci ildə aşkarlanmışdı.

Musavat.com

Избранный
7
musavat.com

1Источники