RU

Tramp Pentaqonla müqavilə bağlamamışdan qabaq “Dell” səhmlərini alıb

ABŞ prezidenti Donald Tramp ilə əlaqəli olan “Trump Organization” investisiya fondu bu ilin fevralında “Dell Technologies” şirkətinin 1–5 milyon dollar dəyərində səhm paketini alıb. Bu barədə ABŞ Hökumət Etikası İdarəsinin sənədlərinə istinadən “People” nəşri yazır.

Bundan sonra Tramp şirkətin təsisçiləri və rəhbərlərini bir neçə dəfə açıq şəkildə tərifləyib, vətəndaşları “Dell” kompüterləri almağa çağırıb. Mayın 28-də isə Pentaqon şirkətlə 9,7 milyard dollarlıq müqavilə imzalayıb.

Məlumata görə, “Trump Organization” 2026-cı ilin ilk üç ayında texnologiya şirkətləri, banklar və federal hökumətlə əməkdaşlıq edən digər iri korporasiyaların səhmlərinin alqı-satqısı üzrə 3600-dən çox əməliyyat həyata keçirib.

Nəşr qeyd edir ki, 2025-ci ilin dekabrında “Dell”in təsisçi ailəsi Trampın 10 yaşadək uşaqlar üçün 25 milyon investisiya hesabının yaradılmasını nəzərdə tutan təşəbbüsünə 6,25 milyard dollar ianə edib.

Ağ Evin mətbuat katibi Anna Kelli “People” jurnalına bildirib ki, Tramp “yalnız Amerika ictimaiyyətinin maraqları naminə fəaliyyət göstərir” və onun aktivləri uşaqları tərəfindən idarə olunan trastda saxlanıldığı üçün maraqlar toqquşması yoxdur.

“Trump Organization” isə prezidentin investisiya əməliyyatları ilə bağlı şəxsi göstəriş vermədiyini, əməliyyatların mümkün maraq toqquşması görüntüsünün belə qarşısını almaq üçün üçüncü tərəf broker şirkətləri vasitəsilə həyata keçirildiyini açıqlayıb.

Избранный
48
banker.az

1Источники