"Qarabağ"ın futbolçuları Çempionlar Liqasının 2025/26 mövsümünün ən yaxşıları sırasında yer alıblar.
"Football-plus.az" xəbər verir ki, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, komandanın qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı qolkiper Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.
Abdulla Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта