RU

NATO sammitinin iştirakçıları üçün Ankarada yeni aerodrom açılacaq

BAKI, 3 iyun. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Ankaranın Etimesqut rayonunda təmir olunmuş hərbi aerodromun açılışını planlaşdırır. Bu, iyul ayında keçiriləcək NATO sammiti zamanı logistika üçün istifadə olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib.

“Türkiyə NATO zirvə toplantısına ev sahibliyi edir, bu tədbirin təşkili ilə bağlı heç bir problem istəmirik. Esenboğa Beynəlxalq Hava Limanından şəhərə 30 kilometrlik magistral yolumuz var. Bu marşrut boyunca protokol logistikası nəqliyyatın vəziyyətini bir qədər çətinləşdirir. Buna görə də, prezidentimizin göstərişi ilə Etimesqutdakı hərbi aerodromu tamamilə yenidən qururuq. Uçuş-enmə zolağını tamamilə yenidən inşa etmişik, müasir terminal tikmişik. Prezidentin bu aerodromu iyunun 15-də açacağı gözlənilir”, - nazir qeyd edib.

Xatırladaq ki, NATO sammiti iyulda keçiriləcək.

Избранный
9
teleqraf.com

1Источники