RU

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti bəlli olub

Bakı, 3 iyun, AZƏRTAC

Bakının ev sahibliyi edəcəyi Dünya Kubokunda iştirak edəcək Azərbaycanın aerobika gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışda milli komandanın 6 idmançısı bacarığını nümayiş etdirəcək.

Yığmanın heyətində Sara Əlixanlı, Vladimir Dolmatov, Mədinə Mustafayeva, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, iyunun 5-7-də Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 10-a yaxın ölkənin idmançıları mübarizə aparacaqlar.

Избранный
26
1
azertag.az

2Источники