RU

Bu qidalardan uzaq durun!

Bir çox xroniki xəstəliklərin yaranmasında orqanizmin özünü qorumaq üçün işə saldığı təbii müdafiə mexanizmi olan iltihablanma (inflamasiya) mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma bu prosesin idarə olunmasına və bir sıra xəstəliklərin riskinin azaldılmasına kömək edə bilər.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, diyetoloq Hande Selin Okun sözlərinə görə, iltihab əleyhinə (antienflamatuvar) pəhriz təbii, emal olunmamış və yüksək qida dəyərinə malik məhsulların istehlakına əsaslanır. O vurğulayıb ki, emal edilmiş ət məhsulları, rafinə olunmuş şəkər, ağ undan hazırlanan məhsullar, qızartmalar, trans yağlar və paketlənmiş qidalar iltihablanmanı artırdığı üçün onlardan uzaq durmaq lazımdır.

Mütəxəssis qeyd edib ki, qısamüddətli iltihablanma orqanizmi qoruyan mexanizm olsa da, uzun müddət davam etdikdə immun sisteminin balansını pozaraq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də iltihab əleyhinə pəhrizin əsas məqsədi hüceyrə səviyyəsində sağlamlığı dəstəkləmək və orqanizmdə iltihab göstəricilərini azaltmaqdır.

Araşdırmalar göstərir ki, xroniki iltihab ürək-damar xəstəlikləri, diabet, piylənmə, bəzi xərçəng növləri və autoimmun xəstəliklərlə sıx əlaqəlidir. Mütəxəssislər hesab edirlər ki, düzgün qidalanma vərdişləri bu risklərin azalmasına kömək edə bilər.

Hande Selin Ok bildirib ki, iltihab əleyhinə pəhriz sərt qaydalardan ibarət deyil və əsasən Aralıq dənizi pəhrizinə bənzər şəkildə tətbiq olunur. Onun sözlərinə görə, bu qidalanma modeli xroniki iltihabın azalmasına, ürək sağlamlığının qorunmasına, xolesterin və qan təzyiqinin tarazlaşdırılmasına, oynaq ağrılarının yüngülləşməsinə və diabet riskinin azalmasına müsbət təsir göstərir. Bundan əlavə, enerji səviyyəsini artırır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və həyat keyfiyyətini yüksəldir.

Mütəxəssis vurğulayıb ki, bu pəhriz qısamüddətli proqram deyil, davamlı həyat tərzidir. Onun fikrincə, kiçik, lakin düzgün dəyişikliklər uzunmüddətli perspektivdə böyük nəticələr verə bilər.

İltihab əleyhinə qidalar sırasında yaşıl yarpaqlı tərəvəzlər, brokoli, pomidor, sarımsaq və soğan, eləcə də göyəm, çiyələk və albalı kimi meyvələr yer alır. Omega-3 yağ turşuları ilə zəngin olan qızılbalıq, skumbriya və sardina kimi balıqlar, zeytun yağı, avokado, qoz və badam da tövsiyə olunan məhsullar arasındadır. Zərdəçal, zəncəfil və darçın kimi ədviyyatların da iltihabəleyhinə təsir göstərdiyi bildirilir.

Tam taxıllar, paxlalılar, yaşıl çay, tünd şokolad və fermentləşdirilmiş qidalar da bu qidalanma modelində mühüm yer tutur. Mütəxəssislər vurğulayırlar ki, pəhrizdə əsas prinsip müxtəliflik və balansın qorunmasıdır.

Diyetoloq xəbərdarlıq edib ki, emal olunmuş ət məhsulları, rafinə edilmiş şəkər, ağ undan hazırlanan məhsullar, qızartmalar, trans yağlar və paketlənmiş qidalar iltihablanmanı artırır. Şəkərli içkilərin və fast-food məhsullarının istifadəsinin də məhdudlaşdırılması tövsiyə olunur. O əlavə edib ki, bəzi insanlarda süd məhsulları da iltihabı gücləndirə bilər və buna görə qidalanma planı fərdi şəkildə hazırlanmalıdır.

Piranə Xasiyeva

Избранный
26
qht.az

1Источники