RU

Azərbaycan Rusiya və İranla buna dair razılıq əldə etdi

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Rusiya və İranla “e-Permit” sisteminin tətbiqinə dair razılıq əldə edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşımaları departamentinin direktoru Sübhan Əbilov 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.

S.Əbilov qeyd edib ki, bu sahədə ən vacib məsələ xüsusilə bütün ölkələrin beynəlxalq yükdaşımalarında istifadə etdiyi xarici ölkələrin icazə blanklarıdır: “Yüzminlərlə mübadilə olunan sənədlər daşıyıcılara, sürücülərə beynəlxalq yükdaşımaların həyata keçirilməsi üçün verilir”.

Qeyd edək ki, “e-Permit” (Elektron İcazə), beynəlxalq avtomobil yükdaşımalarında ölkələr arasında istifadə olunan “İcazə” (keçid) blanklarının rəqəmsal formada mübadiləsini və verilməsini təmin edən elektron sistemdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
3
axar.az

4Источники