RU

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Paytaxtın Yasamal rayonu Hüsen Cavid kimi tanınan parkın ərazisinin özəlləşdirildiyi iddia edilir...

Poliqon xəbər verir ki, bu barədə AzFakt.com-a daxil olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindən fəaliyyət göstərən Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan və hazırda “Shaurma” N1 restoranı kimi fəaliyyət göstərən obyekt özəlləşdirilib. 

Məlumata görə obyektin sahibi Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sabiq baş direktoru Vaqif Novruzovun ailəsidir. Bildirilir ki, BŞİH-dən ucuz qiymətə icarəyə götürülən obyekt “Shaurma” N1 restoranına çox baha qiymətə (təxminən aylığı 15-20 min manata) icarəyə verilib. 

Qanunverciliyə görə park ərazisi dövlətə məxsusdur və özəlləşdirilə bilməz. Ancaq iddiaya görə, Vaqif Novruzovun ailəsi əlaqələrindən istifadə edərək bu problem “yoluna” qoya bilib və dövlət ərazisinin sahibinə çevrilib.

Onu da qeyd edək ki, “Shaurma” restoranı Hüseyn Cavid parkının ərazisini zəbt edərək, vətəndaşların piyada gediş-gəlişinə ciddi maneçilik törədir.
 
Məsələ ilə bağlı araşdırmamız davam edir.

Poliqon.info

Избранный
20
poliqon.info

1Источники