RU

Şarabutdin Maqomedov: “Mən Xəzər dənizinin piratıyam”

Apasport saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyalı döyüşçü Şarabutdin Maqomedov (Şara Bullet) Bakıda təşkil olunacaq "UFC Fight Night" turnirində azərbaycanlı azarkeşləri turnirə dəvət edib.

Apasport.az xəbər verir ki, idmançı turnirin ikinci əsas qarşılaşmasında braziliyalı Miçel Pereyra ilə döyüş haqqında fikirlərini bölüşüb.

"Şara Bullet" ləqəbli idmançı Azərbaycan tamaşaçısının onun üçün doğma olduğunu söyləyib:

"Döyüşə hazıram və iyunun 27-nə qədər tam ideal formada olacağam. Azərbaycanda parlaq qələbə qazanmağıma heç nə mane ola bilməz. Azərbaycan tamaşaçısı mənim üçün doğmadır. Azərbaycanda və bütün Qafqazda insanlar mənə azarkeşlik edəcəklər. Mən Xəzər dənizinin piratıyam. Məni dəstəkləyən hər kəsi arenaya dəvət edirəm. Qələbəni birlikdə qazanacağıq. Ötən il UFC turnirinin Azərbaycanda keçiriləcəyi məlum olanda Dağıstanda təlim-məşq toplanışında idim. Dərhal menecerimlə əlaqə saxlayıb Bakıda döyüşmək istədiyimi bildirdim. Bakı çox yaxın olsa da, həmin vaxt bu qarşılaşma alınmadı. Şadam ki, bu dəfə mümkün oldu".

O, turnirin yüksək səviyyədə keçiriləcəyinə əmindir:

"Əminəm ki, bu turnir daha yüksək səviyyədə keçəcək. Çünki artıq Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Möhtəşəm yarış gözləyirəm. Bakıda döyüşəcək əksər idmançılar ayaqüstü döyüşə üstünlük verirlər. Əsas döyüşdə Rafael Fiziyev çıxış edəcək. Bu isə azarkeşlərin əsl şou izləyəcəyi deməkdir. İyunun 27-də Milli Gimnastika Arenasında azarkeşlərin məni böyük coşqu ilə dəstəkləyəcəyini gözləyirəm. Ona görə də soyuqqanlılığı itirməməli, ehtiyatsız hücumlara keçməməliyəm. Ağıllı döyüşməli və eyni zamanda tamaşaçılara şou göstərməliyəm. Döyüşü vaxtından əvvəl bitirməyə çalışıram və məqsədim budur. İstəyirəm ki, qalib elan olunanda rəqibim ayaqüstə dura bilməsin".

"Azərbaycanlı döyüşçülərlə, xüsusən də dostum Alovsat Məmiyevlə Tailandda tez-tez birlikdə məşq etmişik. Biz MMA-ya birlikdə başlamışıq. İdmanda məni azərbaycanlılarla çox şey bağlayır. İdmanın gözəlliyi də elə bundadır, çünki idman insanları birləşdirir", – deyə o bildirib.

Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Fərman Həsənov: “Azərbaycanda məğlub olmağı ağlımdan belə keçirmirəm”

UFC Azərbaycan: Döyüş cədvəli açıqlandı

MMA döyüşçülərimiz beynəlxalq turnirdə fərqləndilər

Açıq Avropa Çempionatında “Neftçi”nin idmançılarından böyük uğur

Çimaev kəməri itirdi: İLK MƏĞLUBİYYƏTİNİ ALDI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
3
apasport.az

4Источники