RU

“Şahdağ Qusar” idman direktorunu açıqlayıb

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın Birinci Liqa təmsilçisi “Şahdağ Qusar” klubunda yeni təyinat reallaşıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Məhəmməd Bədəlbəyli idman direktoru vəzifəsinə təyin olunub.

“Neftçi”nin yetirməsi olan mütəxəssis bütün yaş qruplarında Azərbaycan çempionluğu yaşayıb. Peşəkar futbolçu karyerası ərzində xüsusilə Birinci Liqada zəngin təcrübə qazanan Bədəlbəyli MOİK, “Neftçala”, “Qaradağ Lökbatan”, “Şuşa”, ”Lokomotiv” və ”Binə” klublarının şərəfini qoruyub. O, “Neftçala”nın heyətində Birinci Liqanın qalibi olduqdan sonra Premyer Liqa təmsilçisi AZAL-a transfer edilib.

Məhəmməd Bədəlbəyli legioner həyatı da yaşayıb. O, Türkiyənin ”Türk Birlikspor” və ”Bingölspor” klublarının formalarını geyinib.

Məşqçilik fəaliyyətinə Leon Uşaq Futbol Klubunda başlayan Bədəlbəyli daha sonra Qarabağ Akademiyasının U-17 və U-19 komandalarında çalışıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
4
icma.az

7Источники