RU

İngiltərədə hərbi helikopter qəzasında ölənlərin sayı məlum oldu YENİLƏNİB

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter ölkənin cənub-qərbində qəzaya uğrayıb, nəticədə üç hərbçi həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün Devon qraflığının Sourton kəndi yaxınlığında keçirilən təlim uçuşu zamanı baş verib.

Qəzanın səbəbi açıqlanmayıb.

XXX

15:01

İngiltərənin cənub-qərbində Kral Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, Britaniya polisinin məlumatına görə, helikopter Devondakı bir tarlada qəzaya uğrayıb.

Bildirilir ki, bu ərazi müntəzəm olaraq hərbi pilotların təlimi üçün istifadə olunur.

Kral Dəniz Qüvvələrinin sözçüsü helikopter qəzasını təsdiqləyib və istintaqın aparıldığını qeyd edib. Təyyarədə olan insanların sayı və xəsarət alanlar barədə məlumat yoxdur, lakin hadisə yerinə xilasetmə xidmətləri göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
5
unikal.az

6Источники