RU

Argentina səfiri ADU nun qonağı oldu

ain.az bildirir, Axar.az portalına istinadən.

İyunun 3-də Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

“Bizim Argentina ədəbiyyatına, mədəniyyətinə, tarixinə böyük hörmətimiz var. Mənim ən sevimli yazıçılarım biri də Borxesdir. Argentina haqqında ilk məlumatları biz Borxesdən öyrənmişik”, - deyən rektor vurğulayıb ki, universitet uzun illərdən bəri Argentina səfirliyi ilə əməkdaşlıq edir. Səfirliklə qurulan sıx təmaslar tələbələrimizə, müəllimlərimizə Argentinanı daha yaxından tanımaq imkanı verir.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir Marianxeles Belluşi Argentina və Azərbaycan arasında mövcud olan tərəfdaşlıq və dostluq münasibətlərindən danışıb. Qeyd olunub ki, ADU ilə sıx əlaqələrin qurulması və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi çox önəmlidir. ADU tələbələrinin yüksək bilik və bacarıqlara malik olduğunu bildirən qonaq ispandilli səfirliklərin böyük əksəriyyətində məhz ADU məzunlarının çalışdığını söyləyib.

Argentina səfirliyi ilə universitet arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə inamını ifadə edən səfir qeyd edib ki, imzalanan təcrübə mübadiləsi əsasında hazırda ADU-nun bir tələbəsi səfirlikdə istehsalat təcrübəsində iştirak edir və bu gün həmin tələbənin tərcümə etdiyi Argentina filminin universitetdə nümayişi olacaq. Ölkələrimizi bir-birinə tanıtmaqda mədəniyyət faktorunun əsas olduğunu vurğulayan səfir Argentina filmlərinin Azərbaycan dilində nümayişini sevindirici hal kimi dəyərləndirib.

Görüşdən sonra ADU-nun Tərcümə fakültəsinin 4-cü kurs tələbəsi Rəfiqə Cavadlının tərcüməsində “Zəmanə qəhrəmanları” adlı Argentina filmi nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
axar.az

3Источники