Bakı-Naxçıvan avtobus reysləri təxirə salınıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Buna səbəb İran İslam Respublikasında olan hava şəraiti və yolların vəziyyətidir.
Məlumata görə, 14 və 15 yanvar tarixlərində avtobus reysləri olmayacaq.