RU

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilir

Bakı, 15 yanvar, AZƏRTAC

Hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun rəhbər vəzifəli şəxsləri, prokurorluq əməkdaşları ilə yanaşı, fəxri qonaq qismində ADA Universitetinin rektoru, professor Hafiz Paşayev iştirak edir.

Избранный
333
4
azertag.az

10Источники