Bakı, 15 yanvar, AZƏRTAC
Hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun rəhbər vəzifəli şəxsləri, prokurorluq əməkdaşları ilə yanaşı, fəxri qonaq qismində ADA Universitetinin rektoru, professor Hafiz Paşayev iştirak edir.





