Bakı, 16 yanvar, AZƏRTAC
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində ümumilikdə 24 nəfər xəsarət alıb.







