RU

“Mən sərvətimi itirməkdən qorxmuram...” – Bill Qeyts süni intelekdən qorxmağa gərək olmadığını deyir

“Microsoft» şirkətinin qurucusu, dünyanın ən varlı adamlarından biri Bill Qeyts süni intellektin yaxın beş il ərzində hamı üçün əlçatan olacağını proqnozlaşdırır.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-nin CNN telekanalına danşan Qeyts, bu barədə həyəcan dolu hesabatlara diqqət çəkib, süni intellektin inkişafının dünyada milyonlarla iş yerini qapadacağı barədə iddiaları dəyərləndirib.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu bu həftə dünyada iş yerlərinin təxminən 40%-nin süni intellektin artmasının təsirinə məruz qalacağını açıqlayıb.

Qeyts bu fikirlə mütləq şəkildə razılaşmır, lakin o inanır ki, tarix hər yeni texnologiya ilə qorxu və daha sonra yeni fürsətlər olduğunu göstərir.

“1900-cü ildə kənd təsərrüfatı məhsuldarlığı ilə bağlı olduğu kimi. O zaman insanlar “Hey, insanlar nə edəcəklər?” deyirdilər. Əslində, çoxlu yeni sahələr, yeni iş kateqoriyaları yaradıldı və biz indi hamının təsərrüfat işi ilə məşğul olduğu vaxtdan daha yaxşı vəziyyətdəyik”, - milyarder vurğulayıb.

Qeyts süni intellektin hər kəsin həyatını asanlaşdıracağını proqnozlaşdırıb, xüsusən də həkimlərə sənədləşmə işlərində dəstək məsələsinə diqqət çəkib. "Çünki bu, həkimlərin sevmədikləri işin bir hissəsidir, biz bunu çox səmərəli şəkildə həll edə bilərik", - o deyib.

Müasir avadanlıqlara ehtiyac olmadığını bildirən milyarder, süni intellektə daxil olmaq üçün kompüter, telefon vasitəsi ilə internetdən istifadə olunacağını deyib.

O, həmçinin “OpenAI” proqramının ChatGPT-4 ilə təkmilləşdirilməsinin maraqlı olduğunu söyləyib: “Çünki ChatGPT-4 əslində oxuya və yaza bilir və bu, demək olar ki, ağ yaxalıqlı bir işçi kimi repetitor olmaq, sağlamlıqla bağlı məsləhətlər vermək, kod yazmaq, texniki dəstək zənglərində kömək edə bilər. Bu texnologiyanın təhsil və ya tibb sektorlarına daxil edilməsi fantastik nəticələrə səbəb olacaq”.

Qeytsin sərvəti 140 milyard dollardır və “Bloomberg”in “Milyarderlər İndeksi”nə görə, bu sərvət onu Yer kürəsinin dördüncü ən zəngin adamı edir. Lakin o, bütün pulunu xərcləməsəydi, çox güman ki, hələ də dünyanın ən zəngin insanı olacaqdı.

O, CNN-ə deyib ki, sərvətini itirməkdən narahat deyil. Xeyriyyəçilik fəaliyyəti ilə bağlı suala cavabında milyarder deyib ki, öz ehtiyacları üçün kifayət qədər pulu var. "Mən özümü adi siyahıya enməyə məcbur edirəm və tamamilə bu sırada olduqda özümlə fəxr edəcəm", - o əlavə edib.

Избранный
496
50
azpolitika.info

10Источники