ABŞ və Britaniya hərbi hava qüvvələri Yəmənin 5 şəhərinə hava zərbələri endirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və İngiltərə döyüş təyyarələri Səda, Zimmar, Hudeyda, Taiz və Beyda şəhərlərini hədəfə alıb. Hücumlarla bağlı ətraflı məlumat paylaşılmayıb. ABŞ rəhbərliyi Yəməndə husilər kimi tanınan Ənsarullah Hərəkatını Qırmızı dənizdəki hücumlarına görə yenidən xarici terror təşkilatı siyahısına salmışdı. Ağ Evin Milli Təhlükəsizlik müşaviri Jake Sullivan husilərin terror siyahısına əlavə edilməsi ilə bağlı verdiyi yazılı açıqlamada Husilərin Qırmızı dənizdə gəmi ticarətini pozan hücumlarının Amerika personalını da təhlükə altına atdığını bildirib. ABŞ rəhbərliyi və beynəlxalq ictimaiyyət bu hücumlara birgə reaksiya verib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта