RU

Vaxtı olmayanların “qida dostu”

Müasir həyat tərzimiz qida rasionumuza da ciddi təsir göstərir. Zamana qənaət etmək üçün bir çoxlarımız qida qəbulu zamanı konservləşdirilmiş məhsullara üstünlük veririk. Meyvə, tərəvəz, həmçinin ət və balıq məhsullarını həm təbii, həm də konservləşdirilmiş formada da yeyirik. Qida məhsullarının konservləşdirilməsinin kəşfi fransız aşpazı Fransua Apperin adı ilə bağlıdır. O, bu üsulu 1809-cu ildə ixtira etsə də, qısa zamanda bütün dünyaya yayılıb.

Konservləşdirilmiş məhsullar haqda fikirlər heç də birmənalı deyil. Cəmiyyətin bir hissəsi onun xeyirli, digər kəsim isə, əksinə, ziyanlı olduğunu iddia edir və qətiyyətlə bu tip qidalardan imtinaya çağırırlar. Bəs reallıq necədir? Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır? Gəlin birlikdə araşdıraq.

Dünya alimlərinin tədqiqatlarına görə, konservləşdirmə prosesi zülal, karbohidrat və yağlara heç bir mənfi təsir göstərmir və ərzağın qida maddələrinin xeyli hissəsi olduğu kimi qalır. Bundan başqa, bir çox minerallar, həmçinin A, D və E vitaminləri dağılmır. Amma konservləşdirmə prosesi çox vaxt yüksək temperatur altında həyata keçirildiyi üçün qidaların tərkibindəki ən zəruri sayılan C vitamini məhv olur. Bir çox məhsullar var ki, əksinə, konservləşdirmə zamanı tərkibindəki xeyirli maddələr artır. Məsələn, yüksək temperatur altında pomidordan daha çox antioksidant ayrılır ki, bu da həmin tərəvəzi sözügedən maddələrlə daha da zəngişləşdirir. Aparılan araşdırmalara görə, təzə pomidorda 0,5 qram zülal, 3 qram karbohidrat, az miqdarda yağ olduğu halda, 100 qram konservləşdirilmiş pomidorda 1 qram zülal, 3,8 qram karbohidrat, az miqdarda yağ var.

Emal zamanı vitaminlər məhv olur

Meyvə və tərəvəzlərlə yanaşı, konservləşdirilmiş qidalar arasında ən geniş yayılmışlardan biri də balıq məhsullarıdır. Məlumdur ki, balıq xarab olmaması üçün tutulan kimi ya dondurulmalı, ya da konservləşdirilməlidir. Konservləşdirmə bəzi xeyirli elementləri (məsələn, maqnezium, kalsium, kalium, fosfor və s.) və B qrupuna aid vitaminləri saxlayır. Onlar əsəb və ürək-damar sisteminə yaxşı təsir edir. Təbii ki, termiki emal zamanı müəyyən qədər vitaminlər məhv olur. Yağlı balıq növlərində həmçinin omeqa-3 vitamini də qalır. Balıq konservlərinin bir neçə növü var: yağlı, öz şirəsində, tomat sousunda və s. Amma ən məsləhətlisi tomat sousunda olanlardır. Onların kalorisi də aşağıdır.

Qaydaları gözləmədikdə kütləvi zəhərlənmələr qaçılmazdır

Избранный
511
4
publika.az

10Источники