Əməkdar artist Niftulla Əsgərov 65 yaşında dünyasını dəyişib. Yeniavaz.com xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıb. Tanınmış aktyorun ürək-damar xəstəliyi səbəbindən vəfat etdiyi bildirilir. Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb. 2018-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.