Əməkdar artist Niftulla Əsgərov vəfat edib. Aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib. Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb. 2018-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. O, bir sıra filmlərdə və seriallardakı rolları ilə tanınıb.www.anews.az