RU

“WhatsApp+” istifadəçilərinə  XƏBƏRDARLIQ: “Pulları oğurlanır...” 

“Saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır”.

“Yeni Sabah” bildirir ki, bunu tanınmış texnobloqer Fərid Pərdəşünas deyib. Onun sözlərinə görə, vətəndaşların bununla bağlı şikayətləri artır:

“Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da, əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir. Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada birinci yerdədir. Səbəb də sadədir - başqalarının gizliliyinə müdaxilə etməyi sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur”.

Ekspert bildirib ki, “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir: “Vaxtında dövlət qurumları, şəxsən mən bağırırdım ki, saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi bankları günahlandırır”.


Telegram kanalımız
Избранный
176
26
yenisabah.az

10Источники