Məhəmməd Füzulinin 530 illik yubileyi Özbəkistanda da qeyd olunacaq.
Publika.az-a AMEA-dan verilən məlumata görə, bunu Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini akademik Akmal Saidov yanvarın 26-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşündə deyib.
A.Saidov qeyd edib ki, Məhəmməd Füzuli Əlişir Nəvaini özünün müəllimi hesab edirdi və onun yaradıcılığından ciddi dərəcədə təsirlənmişdi.