RU

Yaxın illərdə öz kosmik gəmimizin istehsalına başlayacağıq — Ərdoğan

Türkiyə öz kosmik gəmisinin istehsalına başlamağı planlaşdırır.

Demokrat.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşdə deyib.

"İlk astronavtımızı kosmosa göndərmək yeni nəsil hazırlamaq üçün ilk addımımız idi. Ümid edirəm ki, raketimizi kosmosda görəcəyik. İnşallah, yaxın illərdə öz kosmik gəmimizin istehsalına başlayacağıq", - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, ilk türk astronavt Alper Gezeravcı bu ilin yanvarın 19-da Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb. Onun bu həftənin sonunda Yerə qayıdacağı gözlənilir.

Избранный
426
41
demokrat.az

10Источники